Böyük Britaniya iqtisadiyyatı ikinci rübdə 0,5 faiz artıb

Böyük Britaniya iqtisadiyyatı ilin ikinci rübündə illik bazda 0,5 faiz artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi ilin ikinci rübünün artım rəqəmlərini açıqlayıb. Buna görə aprel-iyun dövrü üçün daha əvvəl açıqlanan yüzdə 0,6 böyümə proqnozu yüzdə 0,5 olaraq revize edilib.

Bu məlumatlar göstərdi ki, Britaniya iqtisadiyyatı keçən ilki tənəzzüldən sonra düşünüldüyündən daha yavaş bərpa olunur. İlin ikinci rübündə xidmət sektoru 0,6 faiz artıb. Əvvəlki təxmin 0,8 faiz idi. Bu dövrdə istehsal sektoru 0,3 faiz, tikinti sektoru isə 0,2 faiz azalıb. Beləliklə, tikinti sektorunda üç rüb ardıcıl olaraq daralma qeydə alınıb. Bugünkü açıqlamada 2023-cü il üçün artım məlumatları da nəzərdən keçirilib. Ötən il ölkə iqtisadiyyatının 0,1 faiz artdığı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə