Ən ağıllı uşaqların hansı ayda doğulduğu MƏLUM OLUB - ARAŞDIRMANIN NƏTİCƏSİ

Tədqiqat nəticələrinə görə, elm adamları uşaqların doğum ayı ilə zəka arasındakı potensial əlaqəni araşdıraraq diqqətəlayiq bir nəticəyə gəliblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində hansı aylarda doğulan uşaqların intellekt potensialının daha yüksək olduğuna dair mühüm məlumatlar əldə edilib. Bu tapıntılar maraqlı bir perspektiv təklif edir ki, uşaqların doğum ayları onların intellekt inkişafına təsir edə bilər.

Sentyabr ayında doğulan uşaqların akademik uğurları ilə seçildiyi müəyyən edilərkən, ABŞ-da 1 milyon şagirdin məlumatlarını araşdıran elm adamları sentyabr ayında doğulan şagirdlərin digər aylarda doğulanlara nisbətən məktəb performanslarında daha müvəffəqiyyətli olduğunu ortaya qoyublar.

Araşdırmaya görə, bu tələbələr həm orta, həm də ali məktəb səviyyəsində və universitet səviyyəsində ən yüksək qiymətlər alıblar. Avqust ayında doğulan uşaqlar ümumiyyətlə daha az akademik uğur qazanmış kimi təsvir edilirdi.

Məlum olub ki, idman sahəsində uğur qazananların əksəriyyəti avqust ayında doğulub. Xüsusilə futbol və basketbol kimi idman növlərində ulduz futbolçuların əksəriyyətinin avqust ayında doğulduğu bildirilib.

ABŞ Milli İqtisadi Araşdırmalar Bürosunun açıqlamasına görə, 6 yaşın ABŞ-da uşaqların məktəbə başlama yaşı olduğunu nəzərə alaraq, sentyabr-dekabr ayları arasında doğulan uşaqların təhsilə yay aylarında doğulanlardan daha böyük yaşda başladığı düşünülür. Bu onların zəka səviyyələrinə müsbət təsir göstərir.

Bu araşdırmalar göstərir ki, doğum ayı təkcə bürclərə və doğum günlərinə deyil, həm də zəka və ömür kimi mühüm amillərə təsir edə bilər. Bu araşdırmalar həm də payız və qış aylarında doğulanların yaz və yay aylarında doğulanlara nisbətən daha uzun ömür sürdüyünü təsdiqləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə