Fələstində öldürülən üç liderin adı AÇIQLANDI

İsrailin Livanın paytaxtı Beyruta endirdiyi hava hücumunda Fələstinin Xalq Qurtuluş Cəbhəsinin 3 komandiri ölüb. SİA xəbər verir ki, “Əl-Cəzirə” telekanalının məlumatına görə, Fələstinin Xalq Qurtuluş Cəbhəsi bəyanat yayaraq, üç liderin öldüyünü təsdiqləyib.

Açıqlamada öldürülən komandirlərin Məhəmməd Əbdül Əl, Emad Aoda və Əbdürrəhman Abdullah olduğunu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə