İsrailin Livana hücumları nəticəsində 105 nəfər ölüb

İsrail ordusunun dünən Livanda həyata keçirdiyi hava hücumlarında 105 nəfər həyatını itirib, 359 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin ölkənin bir çox bölgəsinə davam edən şiddətli hava hücumları nəticəsində ölənlər barədə məlumat verilib.

Açıqlamada ölkənin cənubundakı Ankun qəsəbəsini hədəf alan hava zərbələri nəticəsində ən azı 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı, İsrailin cənubdakı Bint Jubey qəsəbəsinə hücumlar nəticəsində isə 5 nəfərin öldüyü, 10 nəfərin yaralandığı qeyd edilib.

Açıqlamada İsrailin Sur şəhərinə endirilən hava zərbələri nəticəsində 16 nəfərin öldüyü, 115 nəfərin yaralandığı, bölgədəki Kəna Dövlət Xəstəxanasına isə hava zərbələri nəticəsində ciddi ziyan dəydiyi vurğulanıb. Açıqlamada, İsrailin Beka bölgəsini hədəf alan hücumlarda ən az 9 nəfərin öldüyü, 42 nəfərin yaralandığı, Nəbatiyyəyə edilən hava hücumlarında isə 7 nəfərin həyatını itirdiyi, 40 nəfərin yaralandığı qeyd edilib. Nazirliyin açıqlamasında İsrail ordusunun dünənki hava zərbələri nəticəsində ümumilikdə 105 nəfərin öldüyü, 359 nəfərin yaralandığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə