Dünyanın ikinci ordusu..?

"Mənə türklərdən təşkil olunan bir ordu verin, dünyanı əsir götürüm!"

...Yenə də, gərək ki, yadınızda olar: o gün Peskov Putinin ordunun sayını 1,5 milyon hərbçiyə çatdırmaq qərarını ölkə üçün yaranan təhlükələrin artması ilə əlaqələndirmişdi.

…Bu, qərb sərhədlərində son dərəcə düşmən vəziyyət və şərq sərhədlərində qeyri-sabitlikdən qaynaqlanır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu deyən Peskov, Ukraynanın Qərb ölkəsi olduğunu da müəyyən etdiyini diqqətə çatdırmışdı.

Bunu artıq biz demirik, nə isə…

…Əgər federal büdcə xərclərinə dair rəqəmlərə inansaq, 2023-cü illə müqayisədə müqaviləli əsgərlərin Rusiya ordusuna cəlb olunma tempi ən azı altı dəfə artıb.

Bununla belə, ödənişlərin məbləğlərini unutmaq da lazım deyil.

Yadınızda olar, iyulun sonunda Putin Rusiyanın 47 bölgəsi ilə müqavilə imzalamaq üçün birdəfəlik ödənişi ikiqat artıraraq 400 min rubla çatdırdı.

Yeri gəlmişkən, daha çox rusiyalı təbliğatçılar çoxdan israr edirlər ki, guya Rusiya ordusu dünyada ikinci (…guya Amerikanın ən güclü ordusundan sonra..?-A.B.) ordudur. Nə bilmək olar?

Amma indi həmən o rusiyalı təbliğatçılar bunu hiyləsiz-filansız deyə bilərlər. Doğrudan da, Rusiya Silahlı Qüvvələri dünyada ikincidir, amma bəzi rus olmayan ağzıgöyçəklərə görə,.. guya rəqəmlərlə..?

P.S… Mənə türklərdən təşkil olunan bir ordu verin, dünyanı əsir götürüm!

Bunu fransız Napoleon Bonapart deyib.

Mən də elə belə dedim, necə deyərlər…“mırta”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə