Hakerlər Belarusda təmsil olunan Rusiya şəbəkəsinə hücum ediblər

Onlar nömrə və PIN kodları tapmağı bacarıblar

…Hakerlər Rusiyanın “Detsky Mir” pərakəndə satış şəbəkəsindən təxminən 4,5 min hədiyyə sertifikatı oğurlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın “RİA Novosti” nəşri yazıb.

Müstəntiqlərin fikrincə, hücum edənlər Rusiyanın “Detsky Mir” pərakəndə satış şəbəkəsini idarə edən şirkətin saytının təhlükəsizliyindən yan keçiblər. Onlar xüsusi proqramlardan istifadə edərək, 4,5 minə yaxın əvvəlcədən ödənilmiş elektron sertifikat və hədiyyə kartları üçün nömrə eləcə də PİN kodu seçə biliblər.

…Hakerlər başqalarının hədiyyə kartlarını belə oğurlayıblar. Hazırda Rusiya Federasiyasında kompüter məlumatları sahəsində dələduzluq faktı ilə bağlı cinayət işi açılıb.

Yeri gəlmişkən, Belarusda "Detsky Mir" mağazalar şəbəkəsi də inkişafdadır.

“Belleqprom” konserninin rəhbəri Tatyana Luqinanın sözlərinə görə, bazarımızı Çin malları kifayət qədər aqressiv şəkildə zəbt edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə