Rusiyada şagirdlərə “abort” əleyhinə “əntiqə bir film” göstəriblər…

Bununla da Rusiyada “abort”a son qoyuldu..?

…Deməli, ötən ilin sonundan Rusiyanın doqquz vilayətində qadınları aborta sövq edənlərə görə cərimələr haqqında qanun qəbul edilib. Bundan əlavə, bir qrup rusiyalı deputat və senator Dövlət Dumasına uşaq doğuşdan imtinanın təşviqinə görə inzibati cəzalar nəzərdə tutan qanun layihəsi təqdim edib.

SİA bunun elə belə deyir, bizdə bəzilərinin dediyi kimi,.. “mırta”.

Yenə deməli, Saxalində məktəblilərə uzunmüddətli hamiləliyin kəsilməsi proseduru (…ruslarda, elə biz də buna “abort” deyirlər-A.B.) zamanı baş verənlərin yaxından çəkilmiş videosu nümayiş etdirilib.

…Nümayiş Oxa şəhər 7 saylı məktəbin akt zalından baş tutub.

Yerli teleqram kanallarının məlumatına görə, şagirdlərə hara və niyə aparıldıqları barədə xəbərdarlıq edilməyib.

Amma onlara ilk dərs əvəzinə abortun təhlükələri haqqında mühazirə oxunub.

…Beləliklə, video başlayır və bir qız hamiləliyini öyrəndikdən sonra antenatal klinikaya gəlir və həkim ondan dünyaya sağlam uşaq gətirmək istədiyini deyil, hamiləliyi necə sonlandırmaq istəyi barədə soruşur.

Maraqlıdır ki, bundan sonra bəzi şagirdlər müəllimlərdən videonu dayandırmağı xahiş edib. Müəllimlər isə onlara... “əgər özünüzü narahat hiss edirsinizsə, üz çevirin”, deyiblər.

Qeyd edək ki, Rusiya Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina artıq videoya münasibət bildirib.

Onun dediyinə görə, belə videoya böyüklər belə çətinliklə baxa bilirlər, mən hələ psixoloji sarsıntı keçirə biləcək uşaqları demirəm. Bundan əlavə, oğlan və qızlara bir yerdə belə bir video göstərmək nə deməkdir?

…Saxalin vilayətinin Səhiyyə Nazirliyi yoxlamaya başlayıb. Bu arada xəbər verilir ki, profilaktik işlər aparılarkən etik normalara riayət etmək və tamaşaçıların yaşını nəzərə almaq vacibdir.

Maraqlıdır ki, video nümayişi təşkilatçılarının da öz versiyaları var: guya buna baxan qızlar gələcəkdə “abort” elətdirməyəcəklər..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə