Bayden Nəsrullahın öldürülməsini ədalətli sayır

ABŞ Prezidenti Co Bayden “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsini ədalətli hesab etdiyini bildirib. SİA xəbər verir ki, onun bu barədə bəyanatını Ağ Ev yayıb. “Həsən Nəsrullah və onun rəhbərlik etdiyi “Hizbullah” terror qruplaşması 40 illik fəaliyyətində yüzlərlə amerikalının qətlinə görə məsuliyyət daşıyır. Onun İsrailin hava hücumu ilə ölümü minlərlə amerikalı, israilli və minlərlə insan da daxil olmaqla çoxsaylı qurbanlar üçün ədalət ölçüsüdür”, - deyə bəyanatda deyilir.

Bayden bəyan edib ki, Birləşmiş Ştatlar İsrailin “Hizbullah”, HƏMAS, Husilər və İranın dəstəyi ilə fəaliyyət göstərən hər hansı digər terror qruplarına qarşı özünümüdafiə hüququnu tam dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə