İsrail Livanda quru əməliyyatı planlaşdırır

Bu arada İsrail ordusunun Livan ərazisinə qurudan hücuma hazırlaşdığı məlum olub.

Deyilənlər görə, İsrail Livanda atəşkəs təklifini - hətta məhdud bir təklifi də rədd edib və indi daha uzun mənzilli raketlərin yerləşdiyi güman edilən əraziləri bombalayır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABCNews adı açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmisinə istinadən xəbər verir.

Qeyd edək ki, sentyabrın 23-də İsrail Ordusunun Baş Qərargahı Livanda başlayan hücum əməliyyatına “Şimalın oxları” adını verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə