Lavrov İsrailin Livana hücumlarını qeyri-insani adlandırıb

Moskva ABŞ-ın İsrailin hərəkətlərindən xəbərdar olduğuna inanır

…İsrailin Livana hərbi hücumları qeyri-insanidir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

…“Siyasi məqsədlərə nail olmaq vasitəsi kimi terror üsullarının bariz nümunəsi mülki texnologiyanı ölümcül silaha çevirərək Livana qeyri-insani hücumdur.

Bunu Rusiya diplomatiyasının rəhbəri qeyd edib.

Lavrovun sözlərinə görə, İsrailin mobil cihazların bombalanması ilə Livana hücumunu araşdırmaq lazımdır. Onun sözlərinə görə, Moskva ABŞ-ın İsrailin hərəkətlərindən xəbərdar olduğuna inanır.

Rusiyalı nazir çıxışında “Hizbullah” lideri Həsən Nəsrullahın ölümünü siyasi qətl adlandırıb. O, həmçinin Qəzza zolağında fələstinlilərin Amerika silahları ilə öldürülməsinə dərhal son qoymağa çağırıb.

Xatırladaq ki, ötən gecə İsrail Beyruta kütləvi hücuma keçib. Nəticədə Livan “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah və hərəkatın bir neçə komandiri öldürülüb. Ümumilikdə, son bir neçə gün ərzində Livanda İsrailin zərbələri mindən çox dinc sakinin ölümünə və 6 min nəfərin yaralanmasına səbəb olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə