“Putin sevinə bilər..?”

Qərb artıq parçalanıb, Ukraynaya yardım getdikcə azalır…

Vladimir Putinin Qərbi parçalamaq və Ukraynaya dəstəyi azaltmaq barədə uzunmüddətli təklifi, deyəsən özünü doğruldur?

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə siyasi şərhçi Andreas Ryueş “Neue Zürcher Zeitung” üçün rəy məqaləsində yazır.

Onun fikrincə, Ukrayna prezidenti Putinin ancaq güc qəbul etdiyini deyəndə, şübhəsiz ki, haqlıdır.

…Yalnız güclü Ukrayna onu fəth etməkdən çəkindirə bilər, ona görə də sülhə gedən ən sürətli yol Ukraynanı silahlandırmaqdan keçir.

Bununla belə, Zelenskinin bu sadə aksiomanı Qərb müttəfiqlərinə və bütövlükdə dünya ictimaiyyətinə çatdırmaq cəhdləri o qədər də həvəslə qarşılanmır,

Bunu deyən Ryueş, misal da gətirir.

…Məsələn, Almaniya kansleri Olaf Şolz tezliklə sülh danışıqlarının aparılmasının zəruriliyindən “cəsurcasına” danışır.

ABŞ-da isə prezidentliyə namizəd Donald Tramp “müharibəyə dərhal son qoyacağına” söz verir və “açıq-aydın bildirir” ki, o, sadəcə olaraq Ukraynanı öz taleyinə buraxmaq istəyir, çünki o, Rusiyanı ABŞ üçün təhlükə hesab etmir.

…Zelenski BMT-də və Vaşinqtonda divarla danışırmış kimi görünürdü. Amerika Konqresində yalnız onun ən inamlı tərəfdarları Ağ Evdə onunla görüşmək istədilər. Onu diqqətlə dinlədilər və onun dediklərinin boş olduğu ortaya çıxdı. Reallıq budur ki, Ukrayna indi məğlubiyyət seriyasındadır, lakin Bayden administrasiyası həddindən artıq cəsarətli dəstəyini yenidən nəzərdən keçirməyə ehtiyac görmür.

Bunu da Ryueş deyir və əlavə edir ki,..Qərbin hərbi dəstəyinin ilkin gözləntilərə baxmayaraq, zaman keçdikcə artmır, əksinə, azalır.

...Və Ryueş etiraf edir ki, Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən Qərb düşərgəsində müxtəlif maraqlar var idi. Lakin onun fikrincə, son bir neçə gün “tamamilə aydın şəkildə” göstərdi ki, Ukrayna ilə Qərb arasında, Qərbin özündə, bəzən hətta aparıcı Qərb dövlətləri daxilində parçalanma xeyli dərinləşib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə