O, əsir düşməsi ilə bağlı yayılan xəbərlərdən sonra video çəkib

“Axmat” xüsusi təyinatlılarının komandiri, Çeçenistan rəhbəri Ramzan Kadırovun müttəfiqi Apti Alaudinovun tutulması ilə bağlı yayılan xəbərlərə cavab verib.

SİA rus saytlarına istinadən xəbər verir ki, O, müvafiq videonu Telegram kanalında yayımlayıb.

Hərbçi videonu şənbə günü, sentyabrın 28-də avtomobilin içindən lentə alıb. O, əsirlikdən “xəbərsiz” deyə zarafat edib və tabeliyində olanlara baş çəkmək üçün Belqorod vilayətinə getdiyini bildirib. Alaudinov özünü itlərin hürməsinə sakitcə baxan şirlə müqayisə edib. Boş söhbətlərə fikir vermədiyinin fərqinə varıb.

Bundan əvvəl Axmat xüsusi təyinatlılarının komandiri bildirib ki, Kaştan xüsusi təyinatlı dəstəsi Kursk vilayətində bir kilometr irəliləyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə