Nəsrullahın öldürülməsi əmrini ABŞ verib..?

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref, “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsini İsrailin məhvinə səbəb olacağını deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS xəbər verir.

Onun sözlərinə görə, “müqavimət yolu şəhidlərinin haqsız yerə tökülən qanı” sionist rejimini məhv edəcək.

Aref əmin edib ki, İran İslam müqavimət qüvvələrini, xüsusən də Həmas və “Hizbullah”ı dəstəkləməyə davam edəcək.

Bu arada İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın baş katibi Nəsrullahın öldürülməsi əmrinin ABŞ-dan verildiyini bildirib.

Onun dediyinə görə, amerikalılar heç vaxt məsuliyyətdən azad ola bilməzlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə