Rusdilli jurnalist prezident Sandu ilə görüşdən qovulub

…Jurnalist Svetlana Drozdetskaya Moldova prezidenti Maia Sandu ilə İtaliyadakı diaspor arasında keçirilən rəsmi görüşdə rus dilində danışdığı üçün təhlükəsizlik qüvvələri tərəfindən qovulub.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu, şənbə günü, sentyabrın 28-də məlum olub.

…Ancaq orada olanların heç biri belə bir qərara haqq qazandıra bilməyib.

Drozdetskaya özü Sandu'nun "təhlükəli" jurnalistlərlə görüşməkdən çox qorxduğu nəzəriyyəsini irəli sürüb, buna görə də yerli polisdən bu qədər kəskin reaksiya verməsini istəyib.

…Görünür, xanım Sandu qərara gəlib ki, rusdilli komanda həmvətənləri ilə qəbulda iştirak etməyə layiq deyil.

Qeyd edək ki, Sputnik Moldova Teleqram kanalı Drozdetskayanın sözlərini yazır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə