Nijni Novqorod vilayətində yol qəzasında 3 nəfər ölüb

Rusiyanın Nijni Novqorod vilayətinin Turtapka kəndi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Nijni Novqorod vilayətində iki avtomobilin Turtapka kəndi ərazisində toqquşması nəticəsində 3 nəfər ölüb”, – məlumatda deyilib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB