Dağıstanda 13 nəfərin ölümü ilə nəticələnən partlayışın baş verdiyi yanacaqdoldurma məntəqəsinin faktiki sahibi saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinə bildirilib.
...Yanacaqdoldurma məntəqəsinin faktiki sahibi Marat Canhuvatov cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
İdarədən qeyd ediblər.
Həmin şəxs dindirilib, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Bundan əvvəl məlum olub ki, müstəntiqlər Dağıstanda yanacaqdoldurma məntəqəsində partlayış baş verən yerdə partlayıcı maddənin izinə rast gəlməyiblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB