Samara vilayətində körpüdə partlayış baş verib

Rusiyanın Samara bölgəsində, 28 sentyabr 2024-cü il, şənbə günü dəmir yolu körpüsündə fövqəladə hadisə baş verdi.

SİA xəbər verir ki, “Komsomolskaya Pravda.Samara” mənbələrə istinadən yazır ki, güclü partlayış “təhlükəsizlik adalarına” ziyan vurub.

Regional hökumət qatarların hərəkətinin müvəqqəti dayandırıldığını qeyd edib.

...Hazırda məlumdur ki, Kinel şəhəri yaxınlığındakı dəmir yolu körpüsündə (1136 km) “təhlükəsizlik adaları”na ziyan dəyib. Xəsarət alan olmayıb, - deyə mətbuat xidmətindən bildirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə