“Tezliklə bütün rus qızları bizim olacaq…”

Tacikistandan olan blogger Moskvada istintaq təcridxanasına göndərilib

...Ötən gün Moskvanın Çertanovski Rayon Məhkəməsi tacikistanlı blogger Salmon Rəcəbzodanı nifrət və ya düşmənçiliyin salınması (Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi) maddəsi ilə istintaq təcridxanasına göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya mətbuatı və teleqram kanalları məlumat yayıb.

Dövlət ittihamçısı əvvəllər ev dustaqlığında olan şəxsin həbsində israr edib. Prokurorluq apellyasiya şikayəti verərək, şəxsin qeydiyyat yerində yaşamadığını və qaça biləcəyini göstərib.

Qeyd edək ki, Rəcəbzodanın nə qədər müddətə həbsdə saxlandığı açıqlanmır.

Bloqqer 2024-cü ilin yanvarında Moskvada saxlanılıb. İstintaq Komitəsi bəyan edib ki, “bir qrup rus millətinə qarşı düşmən münasibəti fonunda” o, “slavyan görünüşlü qızların insan ləyaqətinin alçaldılması” əlamətləri ilə video çəkib və internetdə yerləşdirib.

…2023-cü ilin dekabrında internetdə yayılan bir videosunda o, “tezliklə bütün rus qızları bizim olacaq” və “Nataşa ilə necə xoşa gəldi” dediyi göstərilir.

Bloqqer özü videoda onun səsinin olmadığını və fəaliyyətində heç kimə pislik arzulamadığını, milli ədavətə çağırış etmədiyini iddia edir.

…İttiham olunan maddəyə əsasən, onu 300-600 min rubl cərimə və ya 3 ildən 6 ilə qədər həbs gözləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə