Rusiyalı qadın məhbusun çəbhədəki müəmmalı ölümü..?

Qadının Belqorod vilayətində avtomobil vurması nəticəsində öldüyü deyilsə də, amma...

...Deməli, Ukraynaya qarşı müharibədə rus qadın məhbusun ilk ölümü qeydə alınıb.

Qeyd edək ki, bu qadın 2024-cü ilin may ayında həbsxanada cəza çəkdiyi Rusiya koloniyasından Rusiya Federasiyasının işğalçı ordusuna cəlb olunub.

Bu arada Rusiya KİV-ləri hərbi məhbusun öldürülməsi barədə məlumat yayıb

SİA bu barədə “Dialoq”a istinad edir.

Yeri gəlmişkən, 37 yaşlı Yelena Pimonenkovanın çox zəngin kriminal keçmişi var. Qadın oğurluq və ölümlə hədələmə də daxil olmaqla ən azı 6 dəfə məhkum olunub.

Onun koloniyasından 60-a yaxın qadın Ukraynaya qarşı döyüşmək arzusunu bildirsə də, onlardan yalnız 10-u seçilib. Rus ordusunda Pimonenkova “atıcı-tibb bacısı” vəzifəsi həvalə edilib.

Bununla belə, onun döyüş yolu elə də uzun çəkməyib. Belə ki, avqustun sonunda qadın Belqorod vilayətində avtomobil vurması nəticəsində ölüb.

Amma maraqlıdır ki, bu barədə onun ailəsinə bildirilərkən, yaxınları bu versiyaya inanmayıblar.

Onların sözlərinə görə, Pimonenkovanın ölümü ərəfəsində naməlum bir şəxs onlara zəng edərək, aqressiv şəkildə Yelenanı pis vərdişlərdən “çəkməklə” hədələyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə