Nazir Rıjenkov Lukaşenkonun nüvə planlarını BMT-yə “verib”..?

Nazir Rıjenkov Lukaşenkonun nüvə planlarını BMT-yə “verib”..?

...Belarus və Rusiya “ittifaq dövləti”nin yaranmasının 25-ci ildönümü üçün təhlükəsizlik təminatları haqqında saziş imzalamağı planlaşdırır, bu müqavilənin bəndlərindən biri nüvə silahı ilə bağlı müddəa olacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında bildirib.

...Bu günə qədər saziş layihəsi praktiki olaraq razılaşdırılıb. Biz, təbii ki, bütün maraqlı hərbi idarələrin, eləcə də təhlükəsizlik məsələlərinə cavabdeh olan idarələrin rəyini nəzərə alaraq, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə bir sıra məsləhətləşmələr apardıq.

Qeyd edək ki, Rıjenkov Putinin bu yaxınlarda elan etdiyi Rusiyanın nüvə doktrinasında dəyişiklikləri şərh edərkən deyib.

O, Belarus ərazisindəki nüvə silahlarını da xatırladıb.

Xatırladaq ki, ötən gün Vladimir Putin Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini təklif edib və Belarusa təcavüz olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu bəyan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə