ABŞ İraqdakı beynəlxalq missiyasının başa çatdığını elan edib

ABŞ və İraq İraqda "İslam Dövləti" terror qruplaşması ilə mübarizə aparan "Inherent Resolve" beynəlxalq hərbi missiyasını ləğv etmək barədə razılığa gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Associated Press məlumat yayıb.

Bununla əlaqədar Amerika qoşunlarının bir hissəsi ölkədən çıxarılacaq.

Ağ Ev geri çəkilmənin nə qədər böyük olacağını dəqiqləşdirməyib.

Agentlik yazır ki, hazırda ölkədə 2,5 minə yaxın amerikalı hərbçi var.

Sentyabrın 30-da ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda koalisiya üzvlərinin nazirlər toplantısını keçirəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə