“Zelenskinin münaqişəni bitirmək üçün hiyləgər planı var…”

Ukrayna prezidenti Vladimir Zelenski Qərbdən istifadə edərək Rusiya ilə danışıqlara başlamaq imkanını nəzərdən keçirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Britaniyanın “The Spectator” nəşrinin jurnalisti Ouen Metyus deyib.

… Zelenski Ukraynanın həqiqətən də müharibədən əvvəlki sərhədlərinə qayıda biləcəyini təkid etməyə davam etməklə sadəlövhdür, yoxsa o, bəzi daxili opponentlərinin dediyi kimi, əslində Qərbin xəyanəti hekayəsi yaradır?

…Bu ona Rusiya ilə simasını itirmədən danışıqlara girməyə imkan verəcək?

Bunu sual edən Metyus, ehtimal edir ki, Zelenskinin strategiyası Rusiya ilə dialoqa başlamaq üçün Qərbdən günah keçisi kimi istifadə etmək ola bilər.

Onun fikrincə, bu, Ukrayna liderinə həm sülh tərəfdarlarının, həm də ədalət və ərazilərin qaytarılmasını tələb edənlərin dəstəyini saxlamağa imkan verəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə