Tramp III dünya müharibəsinin qarşısını almağa qadir olduğunu deyir…

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, onun seçkilərdəki qələbəsi üçüncü dünya müharibəsinin qarşısını almağa kömək edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə özünün “Truth” sosial şəbəkəsində yazıb

Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra o, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin Ukraynadakı münaqişəni həll etmək iqtidarında olmadığını yazıb.

…Mən seçilsəm, Ukrayna ilə Rusiya arasında müharibə tez bitəcək. Əks halda, bu müharibə heç vaxt bitməyəcək və üçüncü dünya müharibəsinə çevriləcək.

Sentyabrın 26-da Tramp bildirib ki, Zelenski Ukraynadakı münaqişəyə son qoymaq üçün razılaşmadan imtina edib. O, Ukrayna prezidentinin onu tənqid edən bəyanatlarından qəzəbləndiyini bildirib və onları “çirkli” adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə