Təhlükə qapıdadır: kənd sakinləri aradan çıxmağa çalışırlar

…Xatırladaq ki, sentyabrın 18-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Tver vilayətinin Toropets şəhərindəki arsenala hücum edib. Ən azı 13 nəfərin yaralandığı deyilir. Sursat anbarının partlaması və yanğınla əlaqədar səlahiyyətlilər şəhəri qismən boşaltmaq qərarına gəliblər.

…Bir neçə gün sonra Krasnodar diyarının Tixoretsk yaxınlığındakı sursat anbarına hücum edilib. Ukrayna Baş Qərargahı bildirib ki, hücumlar Şimali Koreyanın da istehsal etdiyi silahlar daxil olmaqla, Rusiyanın minlərlə ton sursat olan iki hərbi arsenala vurulub.

…Və indi növbəti baş verə bilənlərdən “duyuq düşən” Novqorod vilayətinin Okulovski rayonundakı Kotovo kəndinin sakinləri kəndi tərk etməyə başlayıblar.

Qeyd edək ki, Kotovo sakinləri və 13-cü “Arsenal”ın keçmiş əməkdaşlarına istinadən Novqorod yaxınlığında “Toçka U” taktiki və S-300 zenit-raket kompleksinin mərmilərinin saxlanıldığını ehtimal edirlər.

Qeyd edək ki, sovet dövründə sursat anbarında ildırım vurması nəticəsində iki dəfə yanğın və partlayış olub. 1987-ci ildə baş verən yanğın zamanı isə kəndin bütün sakinləri təxliyə edilmişdi.

…Və yuxarıda da qeyd etdiyimiz kimi, qarşıdakı təhlükədən sığorta olunmadıqlarını başa düşən Kotovo kəndinin sakinləri hazırda aradan çıxmağa başlayıblar. Amma necə…

…Kotovo sakinlərinin dediyinə görə, kənddən 19 kilometr aralıda yerləşən Okulovka rayon mərkəzinə taksi qiymətləri son günlər yaman bahalaşıb. Belə ki, indi taksi sürücüləri məbləği 1000 rubla qaldırıblar. Bundan əlavə, maşın da çatışmır, sürücülər sifarişlərin öhdəsindən gələ bilmirlər. Getmək imkanı olmayanlar isə Kotovoda qalırlar.

…Bir neçə gün əvvəl hava hücumundan müdafiə sistemi olan bir maşın gəldi və bu, yəqin ki, insanları yola salmaq üçün gəlibmişlər. Onlar gecəni evdə keçirməyin qorxulu olduğunu deyirlər, amma bizim məmurlar həmişəki kimi susurlar.

Bunu kənd sakini söhbətində deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə