Çinin Rusiyanı öldürücü silahlarla təchiz etdiyinə dair sübutlar var..?

NATO bu məlumatlara artıq reaksiya verib…

...Qərb Çinin Rusiyanı Ukraynadakı müharibə üçün silahla təmin etdiyinə dair sübutlar əldə edib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Times” Qərb rəsmisinə istinadən yazır.

…Qeyd olunur ki, müttəfiqlərin əldə etdiyi yeni hesabatda Çin şirkətinin Ukraynada sınaq üçün Rusiyaya xüsusi yaradılmış hərbi pilotsuz təyyarələr göndərdiyi göstərilir.

Qərb rəsmisinin sözlərinə görə, sövdələşmə ötən il bağlanıb. O, Çin şirkətinin adını çəkməyib, lakin əlavə edib ki, indi Çin şirkətlərinin Ukraynada istifadə üçün Rusiyanı öldürücü silahlarla təchiz etdiyinə dair aydın sübutlar var.

…Çin hökuməti bunu etiraf etməsə də, artan dəstəyini gizlətmək çətin olacaq.

…Bu arada məlumata cavab verən NATO, bunun dərin narahatlıq doğurduğunu və müttəfiqlərin bu məsələ ilə bağlı məsləhətləşmələr apardığını bildirib.

…Çin Rusiyanın Ukraynadakı müharibəsində həlledici amilə çevrilib, Rusiya müdafiə sənayesini dəstəkləmək üçün ikili istifadə texnologiyası təqdim edib. Çin hökuməti şirkətlərinin Rusiyaya ölümcül yardım göstərməməsini təmin etmək üçün məsuliyyət daşıyır. Avropada İkinci Dünya Müharibəsindən bəri ən böyük münaqişə onların maraqlarına və reputasiyasına toxunmadan baş verib.

Bunu da NATO bildirib.

…Beləliklə, iddialara görə, Rusiya Çində Ukraynaya qarşı müharibədə istifadə etmək üçün uzun mənzilli hücum pilotsuz təyyarələri hazırlamaq və istehsal etmək üçün silah proqramına başlayıb.

Qeyd olunub ki, “IEMZ Kupol” (Rusiya dövlət silah şirkəti “Almaz-Antey”in törəmə şirkəti – A.B.) Çində “Harpy-3” adlı yeni pilotsuz uçan aparat modelini hazırlayıb və sınaqdan keçirib və başaq bir iddialara görə, artıq Çin zavodunda onların geniş miqyaslı istehsalını qurub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə