Hadisə yerində yanğın hələ də davam edir...

Mahaçqalada yanacaqdoldurma məntəqəsində insanların ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi açılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin Teleqram kanalında məlumat verilib.

İşin istintaqının gedişinə istintaq idarəsinin rəisi nəzarət edib.

Daha əvvəl məlum olub ki, partlayış Mahaçqaladan Novı-Xuşetə doğru çıxışda yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

Dağılmış yanacaqdoldurma məntəqəsinin yerində alov hələ də yanmaqdadır.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 500 kvadratmetr ərazini əhatə edib.

Onun aradan qaldırılması üçün dörd yanğınsöndürmə briqadası işləyir, daha beşi isə hadisə yerinə gedir.

İlkin məlumata görə, fövqəladə hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan 5-i dünyasını dəyişib.

Partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinin binası tamamilə dağılıb, texniki stansiya və yeməkxana isə alova bürünüb.

İki minik avtomobili və bir yük maşınına ziyan dəyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə