BMT-nin qışda Ukraynaya yardım üçün kifayət qədər pulu olmayacaq..?

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı nümayəndəsi Karolin Lindholm Billinqə xəbərdarlıq edib ki, BMT-nin qışda Ukraynaya kömək etmək üçün kifayət qədər pulu olmayacaq.

SİA rus saytlarına istinadən xəbər verir ki, “Agence France-Presse” ilə söhbətində o, təşkilatın Kiyevə infrastruktura hücumların nəticələrinin öhdəsindən gəlməyə kömək edə bilməyəcəyini deyib.

…Ukrayna hakimiyyət orqanlarından bizim kimi təşkilatlara müraciətlər artır, lakin bizdə maliyyə çatışmazlığı var. Qaçqınlar üzrə agentliyin maliyyələşdirmə səviyyəsi indi 47 faiz təşkil edir

Bunu deyən Billinq, hazırda BMT-nin Donbassdan təxliyə edilənlərə kömək etməyə çalışdığını bildirib.

…Avqustun 1-dən etibarən Billinqin məlumatına görə, təxminən 99 min insan bölgəni tərk edib.

BMT agentliyi soyuq havalar başlamazdan əvvəl qaçqınlara kömək edən yerli təşkilatlara dəstək verməyə çalışır.

Yeri gəlmişkən, sentyabrın 26-da Ukraynanın Nikolayev vilayətinin bəzi sakinləri enerji infrastrukturu obyektinə dəyən ziyandan sonra elektrik enerjisindən məhrum olublar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə