Sudan vəba epidemiyası ilə mübarizə aparır

Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 506-ya yüksəlib. Sudan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ölkədə vəbaya yoluxanların sayının 15,577-ə çatdığı bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, açıqlamada, vəba səbəbindən ölənlərin sayının 506-ya yüksəldiyi qeyd olunub. İyun ayından bəri ölkədə yağan aramsız yağışların səbəb olduğu daşqınlar vəba xəstəliyinin yayılmasına şərait yaradıb. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etməsi və səhiyyə sisteminin qeyri-səmərəli işləməsi, epidemik xəstəliklərin yayılmasına şərait yaradır. Bu vəziyyət, Sudanda yaşayan insanların həyatına mənfi təsir edir.

Bütün xəbərlər Facebook səhifəmizdə