“Kinjal” zərbəsi nəticəsində doqquz NATO zabiti həlak olub..?

…Ukraynanın Xmelnitski vilayətinin Starokonstantinov hərbi aerodromuna hipersəsli “Kinjal” raketlərinin endirilməsi nəticəsində NATO Hərbi Hava Qüvvələrinin qərargahının 9 şəxsi heyəti məhv edilib.

SİA xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.

Zərbənin sentyabrın 26-da baş verdiyi dəqiqləşdirilir. Nəticədə NATO Hərbi Hava Qüvvələrinin qərargahının doqquz karyera zabiti - altı amerikalı və üç fransız məhv edilib.

Yeddi britaniyalı təlimatçı və altı hollandiyalı texnik yaralanıb. Bundan əlavə, iki “F-16” qırıcısı, bir “Su-24” ön xətt bombardmançısı və 15 “Storm Shadow” qanadlı raketi məhv edilib.

“Kinjal”lar Ukrayna Silahlı Qüvvələrinin “F-16”-ları gizlətdiyi aerodromda dəmir-beton sığınacaqları deşib.

Qeyd edək ki, hələlik Rusiya Müdafiə Nazirliyindən verilən bu məlumatın rəsmi təsdiqi yoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə