Hindistan Rusiyanın mayeləşdirilmiş təbii qazından da imtina etdi…

Yeni Dehli sanksiyalardan qorxur...

...Hindistan Qərbin sanksiyalarına məruz qalan Rusiyanın “Arctic LNG 2” layihəsi çərçivəsində hasil edilən mayeləşdirilmiş təbii qazını da almayacaq.

SİA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Hindistanın energetika naziri Pankaj Jain bildirib.

…Biz “Arctic LNG 2”-dən təchizat almayacağıq. Biz heç bir sanksiyaya məruz qalan mal almırıq. Əgər məhsul geniş sanksiyalara məruz qalırsa, biz ona toxunmuruq, - deyə Jain jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Rusiyanın “Novatek” şirkəti tərəfindən həyata keçirilən “Arctic LNG 2” layihəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Qərbin sanksiyalarına məruz qalıb. Birləşmiş Ştatlar həmçinin Rusiyanın hərbi kampaniyasına dəstək verən yüzlərlə şirkət və şəxslərə, xüsusən də “Arctic LNG 2”-nin hazırlanmasında və onun logistik dəstəyində iştirak edən şirkətlərə də məhdudiyyətlər qoyub.

“Arctic LNG 2” qaz tədarük etməyə başlaya bilmir və hasilatı dayandırmaq məcburiyyətində qalıb.

Bundan əlavə, nəqliyyat üçün Novatek-ə sanksiyalara görə almaq və ya tikmək mümkün olmayan ixtisaslaşmış gəmilərə ehtiyac var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə