Meta çiplə işləyən eynəkləri təqdim etdi

Texnologiya nəhəngi Meta süni intellekt və geyilə bilən texnologiya məhsullarına investisiyalarını artırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, "VhatsApp", "Facebook", "Instagram" və "Threads" kimi xidmətləri təklif edən Metanın baş direktoru Mark Zukerberq "Connect 2024" təqdimatı çərçivəsində mühüm açıqlamalar verib. Tədbirdə yeni Orion əlavə reallıq eynəkləri, "Quest 3S VR" qulaqçıqları və yeni süni intellekt xüsusiyyətlərinə qədər bir çox yeniliklər təqdim edib.

Zukerberq Orionu "zaman maşını" kimi təsvir edib və bu eynəklərin gələcəyin həyəcan verici bir görünüşünü təqdim etdiyini bildirib. Orion eynəkləri Meta tərəfindən hazırlanmış xüsusi silikon çiplərlə işləyir və istifadəçilər əl jestləri, səs əmrləri və bilək əsaslı neyron interfeys vasitəsilə eynəklə əlaqə saxlaya bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə