"Helene" qasırğası Beynəlxalq Kosmik Stansiyadan görüntülənib

ABŞ-ın Florida ştatının sahil zolağına 4-cü kateqoriya ilə çatan "Helene" qasırğası ilkin təsbitlərə görə 3 nəfərin ölümünə səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi elan edib ki, "Helene" qasırğası Florida ştatının şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vurub.

Bölgədə güclü külək və yağışlara səbəb olan 4-cü kateqoriya qasırğa səbəbindən ilkin tapıntılara görə, Florida ştatında 3 nəfər ölüb. Florida qubernatoru Ron DeSantis mətbuata açıqlamasında sakinlərə qasırğadan qorunma barədə xəbərdarlıq edərək deyib: "Floridiyalılar səhər oyandıqda, çox güman ki, daha çox can itkisi və qaçılmaz dağıntı və əmlak itkisi ilə üzləşəcəklər".

Səlahiyyətlilər "Helene" qasırğasının Corciya və Şimali Karolina ştatlarında təsirini davam etdirəcəyini, Floridada isə 1,2 milyondan çox ev və iş yerinin işıqsız qaldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə