Xoruldayan itin səsindən narahat olan pişiyin hərəkətləri gülüş doğurdu - FOTO

Xoruldayan itin səsindən narahat olan pişik pəncələri ilə iti oyadıb. Həmin anlar tamaşaçıları güldürüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, xoruldayan itin çıxardığı səsdən narahat olan pişiyin reaksiyası tamaşaçıların qəhqəhə çəkməsinə səbəb olub. Sosial mediada sürətlə yayılan videoda dərin yuxuda xoruldayan itə dözə bilməyən pişik pəncəsi ilə iti yumşaq bir şəkildə itələyir.

Pişiyin bu gülməli və səbirsiz davranışı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və video qısa zamanda internetdə yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə