ABŞ-də daha bir məhbus azot qazı üsulu ilə edam edildi

ABŞ-ın Alabama ştatında Alan Eugene Miller adlı məhbus "azot hipoksiyası" kimi tanınan mübahisəli edam üsulu ilə edam edilən ikinci şəxs olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı Miller dünən gecə xərəyə bağlanıb və üzünə taxılan maska ​​vasitəsilə azot qazı verilərək edam edilib.

Azot qazı ilə edam üsulunun şahidi olmağa icazə verilən bir müxbirin sözlərinə görə, Miller təxminən iki dəqiqə aparatda titrəməyə və qıcolmağa davam edib. Miller də ölməzdən əvvəl təxminən altı dəqiqə nəfəs almaqda çətinlik çəkirdi. Son ana qədər günahsız olduğunu iddia edən Miller son sözlərini üzünü bağlayan maskanın arxasından deyib: “Mən burada olmaq üçün heç nə etməmişəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə