Kursk vilayətində rusların S-400-ü məhv edilib

…Ukraynanın pilotsuz sistem qüvvələrinin döyüşçüləri Rusiyanın S-400 Triumf hava hücumundan müdafiə sisteminin aşkarlanmasına və məhv edilməsinə kömək ediblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, əməliyyat Kursk vilayətində keçirilib.

Qeyd edək ki, bu barədə pilotsuz sistemlər qüvvələrinin Telegram kanalı məlumat yayıb.

Hərbçilərin bildirdiyinə görə, Kursk istiqamətində döyüş tapşırığı zamanı 413 OBBS “Raid” aviasiya kəşfiyyatçıları düşmənin S-400 “Triumf” hava hücumundan müdafiə sistemini aşkar ediblər.

Ekipaj dərhal koordinatları pilotsuz sistem qüvvələrinə ötürüb və tezliklə raket artilleriyası onu metal qırıntılarına çevirib..?

Ukrayna tərəfinin iddiasına görə, 413-cü OBBS “Raid” və 78-ci hava desant alayının “Djmil” BPS dəstəsinin birgə işi nəticəsində Rusiya texnikası məhv edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə