Çinin ən yeni nüvə sualtı qayığı batıb..?

Çinin ən yeni nüvə sualtı qayığı batıb..?

...Çin özünün ən yeni nüvə sualtı qayığının batmasını gizlətməyə çalışıb.

Təbii ki, bu, ölkənin prioritet silah proqramlarından biri üçün böyük uğursuzluqdur.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” yazıb.

…Bu yaz Çinin ən yeni nüvə hücum sualtı qayığı batıb. Çin səlahiyyətlilərinin ört-basdır etməyə çalışdığı hadisə mayın sonu və ya iyunun əvvəlində Uxania yaxınlığındakı gəmiqayırma zavodunda baş verib.

Nəşr qeyd edib ki, bu, Çinin israrla öz donanmasını, o cümlədən nüvə sualtı qayıqları donanmasını genişləndirməyə çalışdığı bir vaxta təsadüf edir.

ABŞ hələ ki, sualtı qayığın batdığı zaman nüvə yanacağı daşıyıb-daşımadığını bilmir, lakin ABŞ hökumətindən kənar ekspertlər bunun ehtimal olunduğunu düşünürlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə