Partlayıcı tapıb onunla ehtiyatsız davranan beş uşaq xəsarət alıb

Üç qız və iki oğlan yaralanıb

Bu arada Mariupolda tapılan partlayıcı maddə ilə ehtiyatsız davranılması nəticəsində 5 uşaq xəsarət alıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilinin sözlərinə görə, üç qız və iki oğlan yaralanıb.

Puşilin Telegram-da yazdığı kimi, xəsarət alan uşaqlar 10-14 yaşları arasındadır.

Oğlanlardan üçünün vəziyyəti ağır, ikisinin vəziyyəti orta ağırdır.

“Donetsk Xalq Respublikası” ilə bağlı verilən başqa xəbərə görə, Donetskin Petrovski rayonunda atəş açıldıqdan sonra yanğını söndürərkən Ukrayna Silahlı Qüvvələri yenidən zərbə endirib.

...Və nəticədə 6 yanğınsöndürən yaralanıb.

Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə