52 yaşlı aktyor içkinin güdazına gedib..?

…Moskva-Xabarovsk təyyarəsində əlbəyaxa davaya səbəb olan 52 yaşlı aktyor Yevgeni Volovenkoya qarşı cinayət işi açılıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Baza Telegram kanalında məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə sentyabrın 16-da baş verib. Belə ki, Volovenko stüardessaları hədələyib, onun biznes sinfinə keçirilməsini, tualetdə pul müqabilində siqaret çəkməsinə icazə verilməsini tələb edib və uçuş zamanı təyyarənin qapısını açmağa cəhd edib.

Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Aktyorun təyyarəyə minməzdən əvvəl həddindən artıq spirtli içki qəbul etdiyi və daha sonra dava saldığı qeyd edilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə