Polşada belarusla ukraynalı Rusiyaya casusluqda ittiham edilib

…Polşa məhkəməsi Ukrayna və Belarus vətəndaşları olan iki nəfəri Rusiyanın xeyrinə casusluqda ittiham edərək həbs cəzasına məhkum edib.

SİA-nın əldə etdiyi məlumata görə, Polşanın PAP xəbər agentliyi cümə axşamı bildirib.

Qeyd edildiyi kimi, bu iki müttəhim Polşa Daxili Təhlükəsizlik Agentliyinin qərarı ilə vəzifəsinə Ukraynaya hərbi texnikanın daşınması ilə bağlı məlumat toplamaqdan ibarət olan casus şəbəkəsinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilmiş 16 Belarus, Ukrayna və Rusiya vətəndaşı arasındadır.

Varşava vurğulayır ki, Polşanın Kiyevə dəstək rolu onu Rusiya casusluğu və təxribatının əsas hədəfinə çevirib. Polşanın Lyublin şəhər məhkəməsi 23 yaşlı ukraynalı Maksim L.-ni Polşa dövlətinə qarşı cinayətlərdə, casusluqda və sirr saxlamaqda məsul olan mütəşəkkil qrupda iştiraka görə 6 il həbs və təqribən 4000 dollar cərimələyib.

30 yaşlı belaruslu Vladislav P. cinayətkar qruplaşmada iştiraka və casusluğa görə 2 il 10 ay həbs cəzası alıb.

Hakim Miroslav Brzozovski proses zamanı bildirib ki, müttəhimlərin cinayətkar qruplaşmada iştirakı şübhə doğurmur. Hakim qeyd edib ki, cinayətlər maddi mənfəət üçün törədilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə