Polşadan gələn adi avtobusda 19 kral pitonu tapılıb...

Onları sürücü gizlədibmiş...

…Brest keçid məntəqəsində Belarus sərhədçiləri Polşadan gələn sərnişin avtobusunda 19 kral pitonu aşkar ediblər.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, sürünənlər avtobusun pilləkənləri altında gizlədilibmiş. Deyilənlərə görə, pitonlar avtomobilin rentgen müayinəsi zamanı aşkar edilib.

Həmən gizli yerdə pitonlu beş plastik qab və çəkisi 40 kq olan altı təzyiqölçən olub.

Avtobus sürücüsünün dediyinə görə, naməlum şəxs ondan qeyri-adi yükü Varşavadan Minskə aparmağı “xahiş” edib.

Təbii ki, gətirilən pitonlar Minskdə kiməsə təhvil verilməliymiş. Amma sürücü həmən adamı tanımırmış və o, avtobusa yaxınlaşacağı zamanı ünsiyyət quracaqmışlar.

…Qanun pozucusu barəsində inzibati iş başlanıb.

Qeyri-adi rəngli pitonlar Minsk zooparkına verilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə