Türkiyə ''Nusret-2024'' təliminə start verdi

Türkiyə İzmir körfəzi və Qara dənizin Ereğli rayonunda kritik bir təlim keçirir

Türkiyə İzmir körfəzi və Qara dənizin Ereğli rayonunda kritik bir təlim keçirir.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, "Nusret-2024" adı altında təşkil edilən təlimdə minaların yerləşdirilməsi və məhv edilməsi ilə bağlı tabşırıqlar yerinə yetirilir.

Təlimin "Yüksək səviyyəli müşahidəçi günü"ndə ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Bolqarıstan, İndoneziya, Mərakeş, Fransa, Qabon, Cənubi Koreya, Malayziya, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Oman və İordaniyadan müşahidəçilər iştirak edib.

Məlumata görə, Hərbi Hava Qüvvələri Komandanlığına məxsus "C-130" tipli təyyarə təlim çərçivəsində mina atıb. TCG Alanya gəmisinin göyərtəsindəki uzaqdan idarə olunan sualtı vasitə tərəfindən müəyyən edilən minalar hərbi mina dalğıcları tərəfindən zərərsizləşdirilib. Eyni zamanda, yüngül avtonom sualtı vasitə də minalanmış ərazidə xidmət göstərib.

Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ərcüment Tatlıoğlu Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən güclü mina donanmalarından birinə malik olduğunu vurğulayaraq, Rusiya-Ukrayna müharibəsi sona çatdıqdan sonra Qara dənizdəki minaları məhv etmək üçün bütün tədbirləri gördüklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə