Fransanın müstəmləkəsində ümumi tətil başlayıb

Fransanın müstəmləkəsi olan Martinikada bahalığa qarşı uzun müddət davam edəcək ümumi tətil başlayıb. Hətta dövlət qulluğunun bir çox bölmələri də tətilçilərə qoşulublar. Adada etiraz aksiyasının uzanacağı qaçılmazdır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Martinika xalqı hökumətdən bu gün konkret qərarlar gözləyir.

Adada qurumlara inamsızlıq pik həddə çatıb. Hər kəs supermarketlərdə qiymətlərin sürətlə aşağı salınmasını görmək istəyir. Martinika Ümumi Əmək Konfederasiyasının (CGT) ümumi tətil çağırışı, xüsusən də xəstəxanalarda, bələdiyyə binalarında, məktəblərdə, hava limanında, hətta bəzi enerji sahələrində geniş şəkildə davam etdirilməlidir. Həmkarlar İttifaqları bahalığın sakinlərin evlərində iztirab və təhlükəli vəziyyət yaratdığını və bu vəziyyətin artıq uzun zamandır davam etdiyini vurğulayır.

Tətilçilər minimum əməkhaqqı və pensiyaların 2000 avroya qədər artırılması, əsas məhsulların qiymətinə nəzarət və qiymətlərin aşağı salınması kimi tələblər irəli sürürlər. Tətilçilər sentyabrın əvvəlində başlayan hərəkatlarının yenidən bərpa olunacağını bəyan ediblər. Sentyabrın əvvəlində bahalığa qarşı sakinlərin etirazı polislə qarşıdurmadan sonra xalqın qəzəbini daha da artırıb.

Sakitliyi bərpa etməyə çalışan Martinikanın yerli hakimiyyəti (CTM) əsas məhsullar üçün idxal vergilərinin aradan qaldırılacağını desə də, bu sakinlərin qəzəbini soyutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə