Ankarada X Türk Dili Qurultayı

Türk dünyasının dilçi alimləri bir araya gəlib

Türk dünyasının dilçi alimləri bir araya gəldi.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin paytaxtı Ankara X Türk Dili Qurultayına ev sahibliyi edir.

Qurultayda 21 ölkədən 167 tədqiqatçı qatılıb.

Qurultay Atatürk adına Ali Mədəniyyət, Dil və Tarix Qurumunun yeni binasında keçirilir. Qurultayın ilk günündə Azərbaycanın paytaxtı Bakıda Türk Dövlətləri Təşkilatının Ortaq Əlifba komissiyasının qəbul etdiyi 34 hərfdən ibarət “Ortaq Türk Əlifbası” konsensusu qiymətləndirilib. Türk dövlətləri arasında mədəni-tarixi əlaqələrin daha da möhkəmlənəcəyi vurğulanıb. İştirakçılar dilin millətlər üçün əhəmiyyətinə də diqqət çəkiblər. Konqresin açılış mərasimində “2024 Türk Dilinə Xidmət Mükafatları” təqdim olunub. Qurultay 27 Sentyabr Cümə gününə qədər davam edəcək. “10-cu Türk Dili Qurultayının Nəticə Bəyannaməsi” ictimaiyyətlə paylaşılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə