İsrail “hərbi səylərə dəstək” üçün ABŞ-dan 8,7 milyard dollar alacaq

İsrail “davam edən hərbi səyləri dəstəkləmək üçün” Vaşinqtondan 8,7 milyard dollarlıq yardım paketi alacaq. Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

…İsrailin Müdafiə Baş direktoru Eyal Zamir Vaşinqtonda İsrailin davam edən hərbi səylərini dəstəkləmək üçün ABŞ-ın 8,7 milyard dollar dəyərində əhəmiyyətli yardım paketi ilə bağlı danışıqları yekunlaşdırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bəyanatda belə deyilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə