Belarus paraşütçüləri və çevik qüvvələri Qazaxıstana uçub

Belarus paraşütçüləri və çevik polis zabitləri KTMT-nin kollektiv “sülhməramlı qüvvələri” ilə “Sarsılmaz Qardaşlıq-2024” adlı təlimlərdə iştirak etmək üçün Qazaxıstana yollanıb.

Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimdə 103-cü Vitebsk Əlahiddə Qvardiya Hava Desant Briqadasının sülhməramlı rotasının hərbi qulluqçuları iştirak edir. Belarus kontingentinin komandanlığı xüsusi təyinatlı qüvvələrin komandirinin müavini polkovnik Aleksey Elfimova həvalə edilib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, manevrlər Almatı vilayətindəki Bereq poliqonunda baş tutacaq və təşkilat qüvvələrinin “sülhməramlı əməliyyat”ın hazırlanması və həyata keçirilməsinə həsr olunmuş KTMT təlimlərinin yekun mərhələsi olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə