Lordlar Palatası ingilisləri müharibəyə hazırlaşmağa çağırıb

Britaniyanın Lordlar Palatası ölkə vətəndaşlarını müdafiəyə hazırlaşmağa çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə krallığın yuxarı palatasının beynəlxalq münasibətlər və müdafiə üzrə hesabatında deyilir.

Onlar qeyd ediblər ki, Ukraynadakı münaqişə müdafiə siyasətinə həddən artıq inamın və köhnəlmiş düşüncənin yaratdığı təhlükələrin ayıqdırıcı xatırlatmasıdır.

...Ukraynadakı müharibə bizim öz hərbi gücümüzün məhdudiyyətlərini də üzə çıxardı – ordumuz çəkindirici effekti saxlamaq və uzun sürən münaqişəni davam etdirmək üçün lazım olan sayda, möhkəmlikdən və daxili birlikdən məhrumdur.

Mətndə belə deyilir.

Bütün bunların fonunda Böyük Britaniyanın Lordlar Palatası ölkə hakimiyyətini “hərbçilərin işə qəbulu və saxlanılması problemini həll etməyə, həmçinin onların sayını artırmaq üçün ehtiyatları işə salmağa” çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə