Təbliğat rusları artıq nüvə müharibəsinin qaçılmazlığına öyrədir...

Sibirdə nüvə zərbəsindən qoruyacaq bunkerlər tikilir..?

...Deməli, SİA-nın dünən də yazdığı kimi, Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nüvə doktrinasında dəyişiklik etdiyini açıqlayıb.

İndi nüvə zərbəsi ehtimalına aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və dövlət sərhədini keçməsi barədə etibarlı məlumat alındıqdan sonra icazə verilir. Bundan əlavə, nüvə ölkəsinin dəstəyi ilə qeyri-nüvə dövlətinin Rusiyaya qarşı müharibəsinin Rusiyanın nüvə cavabı üçün əsas olacağı bəndinin tətbiqi təklif olunur.

...Və elə bu arada, Sibir şəhərləri nüvə müharibəsi, raket hücumu və pilotsuz təyyarələrin zərbələri halında aktiv şəkildə bomba sığınacaqları tikirlər.

Bu proses Ukraynanın Qərb ölkələrinin verdiyi silahlarla Rusiyanın dərinliklərinə zərbə endirmək üçün icazə alıb-almayacağı ilə bağlı aktiv müzakirələrin başlanğıcı ilə eyni vaxta təsadüf etdi. Rusiya hakimiyyəti Sibirin indi də risk altında olmasından ciddi şəkildə narahatdır.

Maraqlıdır, bu qorxular nə dərəcədə realdır? – Sibir.Realii bu barədə ekspertlərə sual verib.

Bu arada “Mənim Novosibirsk” portalında Rusiya şəhərləri üçün nadir rast gəlinən bomba sığınacaqlarının xəritəsi peyda olub. Eyni zamanda, səlahiyyətlilər Novosibirsk sakinlərinə izah etdilər ki, bomba sığınacaqlarının ünvanları olan xəritənin görünməsi "müharibə" tələbidir, baxmayaraq ki, rəsmi olaraq Rusiya heç bir müharibə aparmır..?

...Adətən səlahiyyətlilər bunun “dövlət sirri” olduğunu əsas gətirərək sığınacaqların dəqiq harada yerləşdiyini insanlardan gizlədirlər, amma indi..?

Bəzi iddialara görə, Sibirin əksər də olmasa, amma bəzi diyarlarında yerli hökumət qoruyucu tikililərin ümumi sayını, neçə nəfəri yerləşdirə biləcəyini və hansının təmirə ehtiyacı olduğunu müəyyən etmək üçün onların inventarlaşdırılmasına qərar verib.

Qeyd edək ki, bu arada Rusiyada Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldığı güman, əslində isə iddia edilən konteynerlər satışa çıxarılıb.

Bu konteynerlər insanları iki gün ərzində nüvə zərbəsinin ilk nəticələrindən - zərbə dalğasından, işıq şüalanmasından və radioaktiv hissəciklərin buraxılmasından qorumağa qadirdir?

Deyim ki, belə iddia olunur.

Yeri gəlmişkən, Fövqəladə Hallar Nazirliyi belə səyyar sığınacaqları o qədər bəyənir ki, nazirlik hətta onların ölkə üzrə regionlar tərəfindən alınmasının məcburi olmasını təklif edib. Onlar qeyd edirlər ki, Rusiyada kifayət qədər sığınacaq yoxdur və uzunmüddətli sığınacaqların tikintisi çox baha başa gələcək.

...Ona görə də səyyar sığınacaqlar bu problemləri həll edə bilər..?

Maraqlıdır, görən, bütün bunlara əsas varmı?

Məsələn, rusiyalı sosioloq İqor Eydmana görə, nə qədər ki, bu hakimiyyət var, qlobal müharibə təhlükəsi və müvafiq olaraq, bu perspektiv ətrafında isterika daha da artacaq. Çünki indiki hakimiyyətin siyasəti və paranoyak məqsədləri dəyişməzdir və bunu özü də etiraf edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə