Numan Kurtulmuş Putinlə keçirdiyi görüşlə bağlı açıqlama verdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Türkiyənin tezislərini həmsöhbətlərinə izah etməyə çalışdıqlarını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Numan Kurtulmuş Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Vladimir Putinin Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verdiyini ifadə edən Numan Kurtulmuş deyib: "Onun prezidentimizlə çox yaxın dostluğu var. O, Türkiyənin də müharibənin bitməsi üçün etdiyi vasitəçiliyə önəm verir. Regional və qlobal məsələləri müzakirə etdik. Fələstin məsələsi gündəmə gəldi. Maraqlandığımız məsələləri çox açıq şəkildə ifadə etdim və o, da öz fikirlərini açıq şəkildə ifadə etdi. Bir daha cənab Putinin Türkiyəyə böyük əhəmiyyət verdiyini gördük''.

Türkiyənin dünyanın hər ölkəsi və bölgəsi ilə əməkdaşlıq edə bilən, yürütdüyü prinsipial xarici siyasəti çərçivəsində əlaqələr qura bilən, bütün problemləri açıq danışa bilən bir ölkə olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin sədri deyib: “Cənab Prezidentimiz Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 'İsrailin təcavüzünə son qoyulmalıdır' dedi, biz də burada eyni sözləri dedik. Beləliklə Türkiyə olaraq həm ABŞ-da, həm də Rusiyada eyni şeydən danışmırıq.Türkiyənin tezislərini həmsöhbətlərimizə izah etməyə çalışırıq''.

Bütün xəbərlər Facebook səhifəmizdə