Hindistanda çay sahillərindəki binalar uçub

Hindistanda çay sahillərindəki binalar uçub

Hindistanın şimalındakı Bihar əyalətində yağan güclü yağış nəticəsində Qanq çayının sahilindəki iki bina uçub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şimalındakı Bihar əyalətində həftənin əvvəlində yağan güclü yağış Qanq çayının daşmasına səbəb olub.

Ştatda daşqınlara səbəb olan güclü yağışlar nəticəsində azı 10 nəfər ölüb. Bhaqalpur rayonunda çayın yaxınlığındakı iki mərtəbəli binalar uçub. Həmin anlar həvəskar kameralara düşsə də, xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə