İqlim fəalları bu dəfə Finlandiyanın paytaxtı Helsinkidəki parlament binasını hədəfə alıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiya və İsveçdən olan 8 iqlim fəalı bir araya gələrək parlament binasına qırmızı boya səpiblər.
Onlar aksiyanı İsveçdə Finlandiya dövlət şirkəti tərəfindən idarə olunan və iqlim fəlakətinə səbəb olan torf mədənlərinə diqqət çəkmək üçün həyata keçirdiklərini açıqlayıblar.
Polis müdaxilə edib və fəallar saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB